AZ EN RU

CBSolutions şirkətinə xoş gəlmişsiniz!

СВSolutions üç əsas fəaliyyət növündə ixtisaslaşmışdır: əsas personalın birbaşa  axtarışı (headhunting), biznes kouçinq, eləcə də təşkilatı konsaltinq.

CBSolutions şirkəti təşkilatı inkişafda 14 ildən artıq idarəetmə təcrübəsinə malik mütəxəssislər tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu gün CBSolutions, neft-qaz, tikinti, maliyyə, audit və əczaçılıq kimi sahələrdə fəaliyyət göstərən geniş spektrli  şirkətlərə xidmət göstərərək sürətlə inkişaf edir.

CBSolutions-in  innovativ yanaşması və təşkilatı inkişafın yeni texnologiyalarından  istifadə edilməsi sayəsində müştərilər bizimlə əməkdaşlıqdan ən yüksək fayda əldə edirlər. CBSolutions nəticəyə yönəlmək, çox zəhmət və səbir tələb edən iş və daimi özünü təkmilləşdirmə vasitəsi ilə sayları artmaqda olan müştəriləri arasında etibar qazanır.

 

Bizim missiyamız

Əsas personalın və biznes-proseslərin gücləndirilməsi yolu ilə müştərilərin  gəlirliyini və effektivliyini artıraraq, onların etibarını doğruldan və uzunmüddətli  tərəfdaşı olmaq.

 

Bizim strateji baxışımız

İdarəetmə konsaltinqi sahəsində regionda mübahisəsiz və tanınmış lider olmaq. 

 

Bizim dəyərlər

CBSolutions-in fəaliyyəti bizim əsas dəyərlərimizin əsasında qurulur. Bu  dəyərlər olduqca aydın və sadədir, bununla yanaşı onlar CBSolutions-in bütün qərarlarının qəbul edilməsi və həyata keçirilməsi zamanı əsas və təməl rolunu oynayırlar.

CBSolutions-in əsas dəyərləri:

  1. Dürüstlük. Biz, heç bir istisna olmadan, dürüstlük siyasətinə qətiyyətlə  sadiq qalır və biznes fəaliyyətində Etik Standartlara (CBSolutions-in Etik Standartlarını oxuyun) riayət edirik. Bizim tərəfdaşlarımızla olan  uzunmüddətli əməkdaşlığın uğur qazanmasının əsas səbəbləri  qarşılıqlı inam, bütövlük və düzgünlük prinsipləridir.
  2. Təkmilləşməyə  səy  göstərmək. Biz həyata keçirdiyimiz hər bir işdə ən  öndə gedən olmağa çalışırıq. Biz gördüyümüz layihələrin sayına deyil,  xidmətlərimizin keyfiyyətinin və peşəkarlığın artmasına daha çox əhəmiyyət veririk. Biz daimi olaraq yeni biliklərin əldə edilməsinin və bizim sahəmizdəki yeni istedadların inkişafının zəruri olmağına inanırıq.
  3. Məsuliyyət. Biz müştərilərimizin zamanının dəyərli olduğunu və bizimlə  əməkdaşlıqdan maksimum nəticə əldə etməyi gözlədiklərini aydın şəkildə  dərk edirik. Biz göstərdiyimiz xidmətin keyfiyyətli olması və layihənin  icrasına sərf edilən zaman çərçivəsi arasındakı balansın təmin edilməsi üçün  maksimum səy göstəririk. Layihənin səylə planlaşdırılması yolu ilə biz  onun məqsəd və nəticələrinin əldə olunmasını, o cümlədən müştərinin  zaman və vəsaitlərinə qənaət olunmasını təmin edirik.
  4.  Qarşılıqlı hörmət. Hörmət həm şirkət daxilində, həm də müştərilərlə,  tərəfdaşlarla, namizədlərlə və cəmiyyətin digər nümayəndələri ilə  münasibətdə CBSolutions-in mədəniyyətinin əsas göstəricisidir. Sizin status və əqidənizdən asılı olmayaraq, qarşılıqlı əlaqəmiz hər bir kəsin şəxsi ləyaqətinə və dəyərlərinə hörmət əsasında qurulur.