CBSolutions şirkətinə xoş gəlmişsiniz!
СВSolutions üç əsas fəaliyyət növündə ixtisaslaşmışdır: əsas personalın birbaşa axtarışı (headhunting), biznes kouçinq, eləcə də təşkilatı konsaltinq.
CBSolutions şirkəti təşkilatı inkişafda 14 ildən artıq idarəetmə təcrübəsinə malik mütəxəssislər tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu gün CBSolutions, neft-qaz, tikinti, maliyyə, audit və əczaçılıq kimi sahələrdə fəaliyyət göstərən geniş spektrli şirkətlərə xidmət göstərərək sürətlə inkişaf edir.
CBSolutions-in innovativ yanaşması və təşkilatı inkişafın yeni texnologiyalarından istifadə edilməsi sayəsində müştərilər bizimlə əməkdaşlıqdan ən yüksək fayda əldə edirlər. CBSolutions nəticəyə yönəlmək, çox zəhmət və səbir tələb edən iş və daimi özünü təkmilləşdirmə vasitəsi ilə sayları artmaqda olan müştəriləri arasında etibar qazanır.
Bizim missiyamız
Əsas personalın və biznes-proseslərin gücləndirilməsi yolu ilə müştərilərin gəlirliyini və effektivliyini artıraraq, onların etibarını doğruldan və uzunmüddətli tərəfdaşı olmaq.
Bizim strateji baxışımız
İdarəetmə konsaltinqi sahəsində regionda mübahisəsiz və tanınmış lider olmaq.
Bizim dəyərlər
CBSolutions-in fəaliyyəti bizim əsas dəyərlərimizin əsasında qurulur. Bu dəyərlər olduqca aydın və sadədir, bununla yanaşı onlar CBSolutions-in bütün qərarlarının qəbul edilməsi və həyata keçirilməsi zamanı əsas və təməl rolunu oynayırlar.
CBSolutions-in əsas dəyərləri:
- Dürüstlük. Biz, heç bir istisna olmadan, dürüstlük siyasətinə qətiyyətlə sadiq qalır və biznes fəaliyyətində Etik Standartlara (CBSolutions-in Etik Standartlarını oxuyun) riayət edirik. Bizim tərəfdaşlarımızla olan uzunmüddətli əməkdaşlığın uğur qazanmasının əsas səbəbləri qarşılıqlı inam, bütövlük və düzgünlük prinsipləridir.
- Təkmilləşməyə səy göstərmək. Biz həyata keçirdiyimiz hər bir işdə ən öndə gedən olmağa çalışırıq. Biz gördüyümüz layihələrin sayına deyil, xidmətlərimizin keyfiyyətinin və peşəkarlığın artmasına daha çox əhəmiyyət veririk. Biz daimi olaraq yeni biliklərin əldə edilməsinin və bizim sahəmizdəki yeni istedadların inkişafının zəruri olmağına inanırıq.
- Məsuliyyət. Biz müştərilərimizin zamanının dəyərli olduğunu və bizimlə əməkdaşlıqdan maksimum nəticə əldə etməyi gözlədiklərini aydın şəkildə dərk edirik. Biz göstərdiyimiz xidmətin keyfiyyətli olması və layihənin icrasına sərf edilən zaman çərçivəsi arasındakı balansın təmin edilməsi üçün maksimum səy göstəririk. Layihənin səylə planlaşdırılması yolu ilə biz onun məqsəd və nəticələrinin əldə olunmasını, o cümlədən müştərinin zaman və vəsaitlərinə qənaət olunmasını təmin edirik.
-
Qarşılıqlı hörmət. Hörmət həm şirkət daxilində, həm də müştərilərlə, tərəfdaşlarla, namizədlərlə və cəmiyyətin digər nümayəndələri ilə münasibətdə CBSolutions-in mədəniyyətinin əsas göstəricisidir. Sizin status və əqidənizdən asılı olmayaraq, qarşılıqlı əlaqəmiz hər bir kəsin şəxsi ləyaqətinə və dəyərlərinə hörmət əsasında qurulur.